Xərçəngə yoluxan aktyorun SON ARZUSU 

Hazırda oxunan: Xərçəngə yoluxan aktyorun SON ARZUSU 

48221

Xərçəng xəstəliyindən əziyyət çəkən  və 6 gün əvvəl əməliyyat olunan aktyor Novruz Qartalın, vəziyyəti yaxşı deyil. 

Bu barədə Bizim.Media-ya açıqlamasında qardaşı oğlu Elman Əliyev bildirib.

Əməkdar artistin hazırda xəstəxanada olduğunu deyən müsahibimiz əmisinin hələ də kirayədə qalmasından gileylənib:

“Novruz müəllim hər zaman qürurlu, vicdanlı və təmiz insan olub. O, dolanışığınıın çətin olduğunu, 55 ildir kirayədə qaldığını dilinə gətirməyib. Heç kimə bununla bağlı ağız açmaq istəməyib. 10 gün əvvəl səhhəti pisləşdi. Ayın 23-ü isə bağırsaqlarından əməliyyat olundu. Çox halsız və narahatdır. Danışa bilmir. Şəkərindən və ağrılarından əziyyət çəkir. Sabah və ya birigün evə buraxılmalıdır. Həkimlər xəstəliyi ilə bağlı ona çox az vaxt qoyublar. Bu müddət 15 gün, 3  və ya 5 ay da çəkə bilər. Amma çox istəyir və arzulayır ki, o dünyaya kirayədə qaldığı mənzildən yox, öz evindən köçsün”. 

Elman Əliyev aktyorun maddi durum sarıdan da əziyyət çəkdiyini dilə gətirib:

“İllərdir ki, ailəsi ilə aylığı 400 manata yaxın mənzildə kirayədə yaşayır, müalicə xərclərini ödəməyə imkanları çatmır. Ömrünün 55 ilini sənətə həsr edib.

Pensiya ilə ailəsini güclə dolandırıb. Bu dolanışıqla necə ev ala bilərdi? Heç vaxt şikayətlənməyib və harasa müraciət etməyib. Amma indi çox xahiş edirik, aidiyyəti qurumlar onun bu günündə aktyora dəstək olsunlar. Sadəcə Novruz müəllimin evlə təmin olunmasına yardımçı olun. Ümid edirəm Mədəniyyət Nazirliyi bu məsələni nəzərə alacaq”. 

Məlumat üçün bildirək ki, Əliyev Novruz Yaqub oğlu 1947-ci ildə anadan olub. N.Y. Əliyev əmək fəaliyyətinə 1965-ci ildə Texniki təchizat idarəsində fəhləlikdən başlayıb.

1966-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olub. 1967-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışır. 2013-cü ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO