Mübariz Tağıyev mahnısının tanınmamasını EFİRƏ dəvət olunmamağında gördü - VİDEO

Hazırda oxunan: Mübariz Tağıyev mahnısının tanınmamasını EFİRƏ dəvət olunmamağında gördü - VİDEO

48160

“Bir sabah”, “Xatirə”, “Yada sal məni” və digər möhtəşəm ifaları ilə könlümüzdə taxt quran, illərlə mahnı yarışmalarında münsif kimi görməyə öyrəşdiyimiz xalq artisti Mübariz Tağıyev son zamanlarda efir məkanlarından uzaqdır. 

Sənətkar efirlərdə niyə görünmədiyini Bizim.Media-ya açıqladı:

“Efirə dəvət etsinlər ki, gedim. Ekranlardan tamamilə yox olmamışam, az sayda da olsa verilişlərə gedirəm. Hər gün efirlərdə olmağı da düzgün saymıram”.

Sənətkar həmçinin hazırki səs müsabiqələrindən narazılığını da dilə gətirdi:

“Mən artıq belə yarışmalara istəmirəm münsif kimi gedim. Mesaj səs verməsi ilə müğənni seçmək mənə görə düzgün deyil”. 

Həmçinin Mübariz Tağıyev “Səs Azərbaycan” yarışmasında, repertuarına aid olan “Bir sabah” mahnısının sənət yoldaşları tərəfindən tanınmaması məsələsinə də aydınlıq gətirdi. Belə desək, onları müdafiə etdi:

“O yarışmada mənim hörmətli sənət yoldaşlarım Briliyant Dadaşova, Tünzalə Ağayeva iştirak edir. Mən inanmıram ki, onlar mənim mahnımı tanımasınlar. Sadəcə müsabiqəyə gələn ifaçı mahnını düzgün şəkildə ifa etmədi. Mahnı seçimi düzgün deyildi”.

Bu xalq artistinin fikirləri idi. 

Bizsə yarışmadan olan görüntüləri sizə təqdim edirik: 

Səkinə Yusibli, Bizim.Media 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO