Mədəniyyət naziri Yunanıstan səfiri ilə görüşdü - FOTO

Hazırda oxunan: Mədəniyyət naziri Yunanıstan səfiri ilə görüşdü - FOTO

47727

Noyabrın 25-də mədəniyyət naziri Anar Kərimov Yunanıstanın ölkəmizdəki səfiri Nikolaos Piperiqos ilə görüşüb.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, Anar Kərimov ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu ifadə edib, o cümlədən mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların mövcudluğunu diqqətə çatdırıb.

Mədəniyyət naziri işğaldan azad edilmiş ərazilərdə mədəni abidələrin bərpası, qurumlararası və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Səfir Nikolaos Piperiqos ölkələrimiz arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə müəyyən edilən istiqamətlər üzrə fəaliyyət planlarının tərtib edilməsi, hər iki ölkədə müvafiq sahələrdə qurumlar arasında birbaşa əməkdaşlığın təşviq edilməsi və digər bu kimi həyata keçirilə biləcək layihələrlə bağlı fikirlərini səsləndirib.

Görüş qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO