Mədəniyyət Nazirliyi Azərbaycanın tanınmış memarı və rəssamı Rasim Əliyevin vəfatı ilə bağlı nekroloq yayıb.
Bizim.Media xəbər verir ki, nekroloqda R.Əliyevin gördüyü işlər barədə məlumat yer alıb:
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanın "Şöhrət" ordenli memarı vəfat etdi
"Əməkdar memar Rasim Əliyev vəfat edib.
Azərbaycanın tanınmış memarı və rəssamı, Dövlət mükafatı laureatı, Beynəlxalq Memarlıq Akademiyasının, Rusiya Memarlıq və İnşaat Akademiyasının və Şərq Ölkələri Memarlıq Akademiyasının həqiqi üzvü, Əməkdar memar Rasim Əliyev 2021-ci il noyabrın 13-də, 87 yaşında dünyasını dəyişib.
Məlumat üçün bildiririk ki, Rasim Əliyev 1934-cü il 16 iyul tarixində Gəncədə görkəmli ziyalı alim, akademik Həsən Əliyevin ailəsində anadan olub. 1965-ci ildə Bakının Baş memarı təyin olunub və 23 il müddətində bu vəzifədə fəaliyyət göstərib.
Görkəmli memar Rasim Həsən oğlu Əliyevin əziz xatirəsi onun sevənlərin qəlbində əbədi yaşayacaq.
Allah rəhmət eləsin!", - nekroloqda qeyd olunub.
Bizim.Media