Azərbaycanın mədəniyyət nazirinin müavini Sankt-Peterburqa getdi - SƏBƏB - FOTO

Hazırda oxunan: Azərbaycanın mədəniyyət nazirinin müavini Sankt-Peterburqa getdi - SƏBƏB - FOTO

43048

Mariinski sarayının qırmızı zalında Sankt-Peterburq Qanunvericilik Məclisinin sədr müavini Nikolay Bondarenkonun Azərbaycanın mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.

Bizim.Media xəbər verir ki, görüşdə həmçinin Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov və Rusiya Xarici İşlər Nazirliyinin Sankt-Peterburqdakı nümayəndəsi Vladimir Zapevalov da iştirak ediblər.
 

Nikolay Bondarenko iki ölkənin parlamentlərarası əlaqələrinin uzun tarixə malik olduğunu qeyd edib. “Sankt -Peterburq çoxmillətli bir şəhərdir, hökumət və Qanunvericilik Məclisi qonşu ölkələrin mədəni irsinin qorunması üzrə çox iş aparır", - deyə Nikolay Bondarenko bildirib.


Sankt -Peterburqla Bakı arasında qurulan sıx mədəni əlaqələrə misal olaraq, Şəhər Parlamentinin sədr müavini Sankt-Peterburq Dövlət Universitetinin İslam Araşdırmaları Mərkəzi ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti arasında imzalanmış əməkdaşlıq haqqında Memorandumu göstərib.

O, həmçinin respublikada rus dilinin və rus mədəniyyətinin qorunub saxlanması istiqamətində tədbirlərin əhəmiyyətini vurğulayıb.
 

Qeyd edək ki, Azərbaycanın nümayəndə heyəti dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində Rusiyanın şimal paytaxtına səfər edib.


2002-ci ildə şəhər sakinlərinin təşəbbüsü ilə Kamennoostrovski prospektində şairin abidəsi ucaldılıb.

Görüşdə tərəflər birgə səmərəli işə görə bir-birinə təşəkkür edib, qarşılıqlı faydalı əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduqlarını bildiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO