4 dekabr Dünya azərbaycanlılarının əziz günü olacaq

4 dekabr Dünya azərbaycanlılarının əziz günü olacaq

Hazırda oxunan: 4 dekabr Dünya azərbaycanlılarının əziz günü olacaq

4278

Bu gün Vətən müharibəsində şəhid olanların xatirəsinə həsr edilmiş xüsusi anım günüdür.

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükutla yad edildi.

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2 783 nəfər hərbi qulluqçusu həlak olub. Bu gün xalqımız üçün həm şərəfli, həm də hüzünlü gündür.

Xalq artisti Mənsum İbrahimov Bizim.Media-ya açıqlamasında anım gününü Ağdam rayonunda qeyd etdiyini deyib.

“Mən bu gün Ağdamda şəhidlərimizi yad edirəm. Anım günü Qarabağda şəhid olmuş qardaşım oğlu, xüsusi təyinatlı İsrafil İbrahimovun 40 mərasiminə təsadüf edir. Allah  bütün şəhidlərimizə rəhmət etsin. Hər birimizin ömrümüzün sonuna qədər  şəhidlərin ruhu qarşısında mənəvi borcumuz var. Onların hər biri qəhrəmandır”.

Xalq artisti Afaq Bəşirqızı anım gününün onun üçün çox hüzünlü gün olduğunu qeyd edib.
“Bu gün mənim üçün çox ağırdır. Onların hər biri mənim balalarımdır. Allah bütün millətimizə səbr versin. Bütün şəhidlərimizə rəhmət etsin. Əsas bundan sonra onların qayğısına qalmağı bacaraq. Onları heç vaxt unutmamaq, bizim mənəvi borcumuzdur. Bütün Azərbaycan xalqına başsağlığı verirəm”.

Anım gününün Azərbaycan xalqının həm də birlik  günü olduğunu qeyd edən Millət vəkili Razi Nurullayev şəhidlərimizə Allahdan rəhmət diləyib.

“Bu anım günü bizim üçün çox vacib bir gündür. Bu xalqımızın milli birliyinin nümayişidir. Bu gün bizim torpaqlarımızın azad olunması uğrunda qanını və canını fəda edən oğullarımızın ruhunu yad etdik. Azərbaycanda yaşayıb yaşamamağından asılı olmayaraq bu günü bütün azərbaycan milləti hər zaman qeyd edəcək”,- deyə o, bildirib.

Vüsalə Balayeva. Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO