Mədəniyyət naziri şəhid ailələri ilə görüşdü

Hazırda oxunan: Mədəniyyət naziri şəhid ailələri ilə görüşdü

0:00
0:00
42688

Mədəniyyət naziri Anar Kərimovun şəhid mədəniyyət işçilərinin ailə üzvləri ilə görüşü baş tutub.

Mədəniyyət Naizrliyindən Bizim.Media-ya verilən məlumata görə, tədbirdə 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış mədəniyyət işçilərinin həyat və fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş olunub.

Anar Kərimov şəhid ailələri və qazilərin daim diqqət mərkəzində olduqlarını, nazirlik tərəfindən bu səpkidə mühüm layihələrin həyata keçirildiyini bildirib.

Tədbir şəhidlərin doğmalarına Fəxri Diplomların təqdim olunması və Anar Kərimovun ailələrlə masa ərafında səmimi söhbəti ilə davam edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO