Şuşada Molla Pənah Vaqifin büstü qoyuldu - FOTO

Hazırda oxunan: Şuşada Molla Pənah Vaqifin büstü qoyuldu - FOTO

42421

Dahi Azərbaycan şairi Molla Pənah Vaqifin Şuşa şəhərində yerləşən büstü Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulub. 

Bizim.Media xəbər verir ki, abidə Əməkdar incəsənət xadimi Həyat Abdullayevanın ilkin eskiz layihəsi əsasında yenidən hazırlanıb. 

Bürüncdən hazırlanan büst əvvəlki yerinə qaytarılaraq Molla Pənah Vaqifin Şuşadakı evinin yaxınlığında quraşdırılıb. 

Qeyd edək ki, Molla Pənah Vaqifin 1957-ci ildə tuncdan hazırlanan büstü 1958-ci ildə Cıdır düzünə yaxın ərazidə qəbirüstü abidə kimi yerləşdirilib, daha sonra 1976-cı ildə şairin Şuşadakı evinin yaxınlığına köçürülüb. Büst 1992-ci ildə Şuşa şəhərinin işğalı zamanı erməni vandalizminə məruz qalaraq dağıdılıb. 

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO