Nizami Gəncəvinin kitab maketləri Bakı küçələrində - FOTO

Hazırda oxunan: Nizami Gəncəvinin kitab maketləri Bakı küçələrində - FOTO

41653

Prezident İlham Əliyevin sərəncamına əsasən, 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib.

Bizim.Media xəbər verir ki, “Nizami Gəncəvi İli" çərçivəsində Azərbaycanda və dünyada bir sıra tədbirlərin icrası davam etdirilir.

Bu tədbirlər çərçivəsində Bakının mərkəzi küçərlərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığını əks etdirən kitab maketləri quraşdırılıb. Maketlərdə yerli rəssamların Nizami əsərlərinin fraqmentləri əsasında çəkdikləri əl işləri əksini tapıb.

Qeyd edək ki, oktyabrın 6-10-da dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilib.

Hazırda həm ölkədə, həm də ölkə xaricində silsilə tədbirlərin təşkili davam etdirilir, Nizami Gəncəvinin əsərləri dünyanın müxtəlif dillərinə tərcümə olunaraq, yenidən nəşr edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO