Azərbaycanlı xalq artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanlı xalq artisti VƏFAT ETDİ - FOTO

Hazırda oxunan: Azərbaycanlı xalq artisti VƏFAT ETDİ - FOTO

0:00
0:00
40155

Gəncə Dövlət Dram Teatrının rejissoru, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Vaqif Şərifov vəfat edib. 

Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 

Qeyd edək ki, bir neçə gün öncə xalq artistin səhhətində ciddi problem yarandığı üçün Gəncə şəhər 3 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. 

Vaqif Abdulla oğlu Şərifov Gəncədə anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb (1967).

Gəncə Dövlət Dram Teatrında rejissor (1967-1974), Sumqayıt Dövlət Dram Teatrında baş rejissor (1974-1977), Ağdam Dram Teatrında baş rejissor (1977-1981), Gəncə Dövlət Dram Teatrında quruluşçu rejissor (1981-1984), direktor və bədii rəhbər vəzifəsində çalışıb (1984-1998).  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO