TÜRKSOY-un mükafatlandırdığı jurnalistlərlə GÖRÜŞ keçirildi - FOTO  

TÜRKSOY-un mükafatlandırdığı jurnalistlərlə GÖRÜŞ keçirildi - FOTO  

Hazırda oxunan: TÜRKSOY-un mükafatlandırdığı jurnalistlərlə GÖRÜŞ keçirildi - FOTO  

38672

Dövlət rəsmilərinin Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən mükafat alan jurnalistlərlə görüşü təşkil olunub.  

Bizim.Media xəbər verir ki, 2009-cu ildən etibarən hər il türk dünyasında baş verən mədəniyyət və incəsənət hadisələrini, ümumtürk mədəniyyətini və təşkilatın fəaliyyətlərini geniş işıqlandıran, dünya mətbuatında təbliğ edən kütləvi informasiya vasitələrinin nümayəndələrinə və mətbuat qurumlarına “TÜRKSOY-un media mükafatı” təqdim edilir.  

Görüşdə Media İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, eləcə də mədəniyyət xadimləri iştirak ediblər.  

2020-ci il üçün özəl olaraq “TÜRKSOY Media Mükafatı” 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanda yaşanan tarixi hadisələri, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə obyektiv çatdıran və yayımlayan yerli və xarici media təmsilçilərinə təqdim olunub.  

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO