Mədəniyyət Nazirliyindən Operativ Qərargaha MÜRACİƏT 

Mədəniyyət Nazirliyindən Operativ Qərargaha MÜRACİƏT 

Hazırda oxunan: Mədəniyyət Nazirliyindən Operativ Qərargaha MÜRACİƏT 

37287

Mədəniyyət Nazirliyi teatrların açılması ilə bağlı məlumat yayıb. 

Bizim.Media xəbər verir ki, nazirliyin məlumatında kinoteatrların, teatr-konsert müəssisələrinin fəaliyyətinin qismən bərpasına icazə verilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət ünvanlandığı bildirilib. 

"İki ilə yaxındır, dünya ölkələrinin qlobal probleminə çevrilən pandemiya bütün sahələrə, xüsusən mədəniyyət sahəsinə öz mənfi təsirini göstərib. 

Bu baxımdan ən çox zərər çəkən sahə teatr, kino sahəsidir. Pandemiya şərtlərinə əməl edilməklə, kinoteatrların, teatr-konsert müəssisələrinin fəaliyyətinin qismən bərpasına icazə verilməsi ilə bağlı tərəfimizdən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət ünvanlanıb. 

Teatr-konsert müəssisələrində fəaliyyət göstərən əməkdaşların böyük əksəriyyəti vaksinasiyadan keçib. Ancaq bu işdə vətəndaşlarımızın da üzərinə sosial məsuliyyət düşür.

Vaksinasiya prosesində uğurlu nəticələr əldə edildikdən sonra kinoteatrların, teatr-konsert müəssisələrinin fəaliyyətinin ənənəvi qaydada bərpa ediləcəyinə ümid edirik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO