“Bizi “Azdrama”nın binasına buraxmırlar...” - Xalq artisti bəzi mətləbləri açdı

“Bizi “Azdrama”nın binasına buraxmırlar...” - Xalq artisti bəzi mətləbləri açdı

Hazırda oxunan: “Bizi “Azdrama”nın binasına buraxmırlar...” - Xalq artisti bəzi mətləbləri açdı

35730

Bu gün Xalq artisti Yaşar Nurinin 70 illik yubileyi keçiriləcək.

Bizim.Media xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında Xalq artisti Əli Nur deyib.

Onun sözlərinə görə, yubiley mərasimi Fəxri Xiyabanda keçiriləcək:

"Yaşar elə-belə aktyor deyildi, onun 70 illik yubileyi mütləq qeyd olunmalıdır. Nəsə yada düşmürdü, həyat yoldaşı gedib Mədəniyyət Nazirliyində hay-haray salıb, ondan sonra göstəriş verilib. Yəqin ki, hay-küy düşməsəydi, narazılıq etməsəydi, Yaşar Nurinin yubileyi yada düşməyəcəkdi, pandemiyanı səbəb gətirəcəkdilər. Akademik Milli Dram Teatrının bütün kollektivi tədbirdə olacaq. Yəqin ki, orada başqa teatrların da aktyorları olacaq”.

Aktyor bildirib ki, əgər pandemiya olmasaydı, Yaşar Nurinin 70 illik yubileyi təntənəli qeyd olunardı:

"Bizə "Azdrama”ya girməyə icazə vermirlər, bizi binaya buraxmırlar. Qəbrini ziyarət edib, ordan da dağılışıb gedəcəyik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO