Azərbaycanlı nazir üzünün sol tərəfini fotolarda niyə gizlədib? - FOTO

Hazırda oxunan: Azərbaycanlı nazir üzünün sol tərəfini fotolarda niyə gizlədib? - FOTO

34423

Şəkildəki şəxs Azərbaycanın hərbi naziri Xosrov bəy Sultanovdur. 

Bizim.Media xəbər verir ki, Xosrov bəy həmişə fotolarını bu formada çəkdirirdi, bunun isə səbəbi var idi.

Tələbəlik dövründə küçədə bir rus zabitinin yoldan keçən qıza sataşdığını görən Xosrov bəy həmin qızı müdafiə edir.

Bu hadisə duellə nəticələnir. Dueldə ilk gülləni rus zabiti açdığına görə Xosrov bəy gözündən zədə alır, rus zabit isə ölür. Baş vermiş hadisəyə görə Xosrov bəyi Universitetdən xaric etmək istəyirdilər. Amma məlum olub ki, qız Universitetin rektorunun qızı imiş və məsələ bağlanır.

Məhz zədəli gözü görünməsin deyə, Xosrov bəy şəkillərini bu formada çəkdirərdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO