4 döyüşçünün 44 günlük döyüş həyatı haqda film çəkildi - FOTO

Hazırda oxunan: 4 döyüşçünün 44 günlük döyüş həyatı haqda film çəkildi - FOTO

30619

4 döyüşçünün 44 günlük döyüş həyatında bəhs edən “Zəfərin sıra nəfərləri” sənədli filmi izləyicilərə təqdim olunur.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi yayıb.

Mənbə yazır ki, “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin istehsal etdiyi “Zəfərin sıra nəfərləri” sənədli filminin süjet xəttini sevgi və qürur, sevinc və kədər, həyəcan və iftixar təşkil edir. 

“Candan-qandan üstün olan bir şey varsa, o da, VƏTƏNdir!” – deyən qəhrəman oğullarımız “Ermənistan ordusunun məğlubedilməzliyi” mifini darmadağın etdi.

Sentyabrın 27-də başlayan Vətən Müharibəsi Müzəffər Ordumuzun şanlı qələbəsi ilə sona çatdı. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu işğalçı Ermənistan dövlətinin 30 il ərzində yaratdığı silahlı qüvvələrini darmadağın edərək, düşməni torpaqlarımızdan qovdu, böyük zəfərə imza atdı. “Zəfərin sıra nəfərləri” sənədli filmində bir vaxtlar isti beşiklərindən qovulan körpə uşaqların, tank belində geri dönərək öz ata-baba torpaqlarını düşməndən necə azad etməsi ön plana çəkilib.

Filmdə dörd döyüşçünün – komandirin, ideoloji iş üzrə rəhbərin, tankçı və hərbi tibb xidməti həkiminin timsalında Müzəffər Azərbaycan Ordusunun keçdiyi şərəfli yoldan Vətən Müharibəsində yaşananlardan, müqavimət, döyüş və qələbədən bəhs olunur.

Filmdə real obrazlardan əlavə Müdafiə Nazirliyinin efirə getməyən döyüş kadrlarından da istifadə olunub. Bakıda, “Qənimətlər Parkı”nda lentə alınan filmin ssenari müəllifi Afaq Vasifqızı, rejissoru Adil Azay, operatoru Adil Abbasov, bəstəkarı isə Azər Hacıəsgərlidir.

4 döyüşçünün 44 günlük döyüş həyatından bəhs edən “Zəfərin sıra nəfərləri” sənədli filmini 31 iyul saat 22:30-da Azərbaycan Televiziyasında izləməyi unutmayın!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO