Açıq havada Kinosevərlər Gecəsi keçiriləcək - FOTO

Hazırda oxunan: Açıq havada Kinosevərlər Gecəsi keçiriləcək - FOTO

30394

Avqustun 2-də YARAT Müasir İncəsənət Məkanın qarşısında 20:00-dan 00:00-dək Mədəniyyət Nazirliyi və YARAT Müasir İncəsənət Məkanının birgə əməkdaşlığı ilə keçiriləcək Azərbaycan Kinosu Gününə həsr olunmuş açıq havada Kinosevərlər Gecəsi keçiriləcək.


Bizim.Media bildirir ki, Mədəniyyət Nazirliyindən verilən məlumata görə, proqram nüfuzlu film festivallarında uğur qazanan milli filmlərin premyeralarından ibarətdir.

Filmlər Azərbaycan dilində (ingilis dilində altyazı ilə) nümayiş olunacaq.

Proqram çərçivəsində Əli-Səttar Quliyevin “Olimpiya”, Rüfət Həsənovun “Daxildəki ada”, Teymur Hacıyevin “Axşama doğru”, Teymur Qəmbərovun “Quxuroba” filmləri nümayiş olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO