“Dahi ziyalımız Həsən bəy Zərdabi...” adlı virtual sərgi hazırlandı

Hazırda oxunan: “Dahi ziyalımız Həsən bəy Zərdabi...” adlı virtual sərgi hazırlandı

29453

22 iyul - Milli Mətbuat Gününə həsr olunmuş “Dahi ziyalımız Həsən bəy Zərdabi...” adlı virtual sərgi Dövlət Tarix Arxivində mühafizə edilən sənədlər əsasında hazırlanıb. 

Milli Arxiv İdarəsindən Bizim.Media-ya bildirilib ki, sərgidə görkəmli ictimai xadim, publisist, Azərbaycan dilində ilk qəzetin yaradıcısı, uzun illər Bakı şəhər Dumasının üzvü olmuş ziyalımız Həsən bəy Zərdabinin ictimai sahədə fəaliyyətinə aid olan sənədlərdən bir qismi nümayiş etdirilir.  

Sözügedən sənədlərdə Həsən bəy Zərdabinin azərbaycanlılar arasında təhsilin, maarifçiliyin geniş vüsət alması üçün həyata keçirdiyi tədbirlər, ana dilində qəzetin açılmasına icazə verilməsi üçün dövrün hakimiyyət orqanlarına müraciətləri, həmçinin Duma üzvü kimi fəaliyyəti və s. əks olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO