Şəhid Hikmət Məmmədovun barelyefinin açılışı oldu - FOTO

Hazırda oxunan: Şəhid Hikmət Məmmədovun barelyefinin açılışı oldu - FOTO

28722

İyulun 15-də Vətən müharibəsində şəhid olmuş Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun Nizami filialının bələdçisi Hikmət Məmmədovun yaşadığı evin önündə barelyefinin açılışı olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Gəncə Regional Mədəniyyət İdarəsinin və Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun birgə təşkilatçılığı ilə keçirilən tədbirə şəhidin ailə üzvləri, doğmaları və iş yoldaşları da qatılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Vətən Müharibəsi Qəhrəmanlarının büstləri qoyulacaq - RƏSMİ


​​​​​​​Barelyef heykəltəraş Qasım Qasımov tərəfindən hazırlanıb.

Qeyd edək ki, 1993-cü ildə Daşkəsən rayonunun Xoşbulaq kəndində doğulan Hikmət Məmmədov orta təhsilini Gəncədə yerləşən Kəlbəcər rayon 98 nömrəli tam orta məktəbində alıb. 2015-ci ildə Gəncə Dövlət Universitetinin Mühasibat uçotu fakültəsini bitirib. Sonra həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyətinə Nizami məqbərə kompleksində başlamışdı. Vətən müharibəsi başlayanda o da torpaqlarımızın azad olunması uğrunda ölüm-dirim savaşına qatılır.

Oktyabrın 2-də Murovdağ istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Gəncənin Şəhidlər xiyabanında dəfn edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO