\"Xosrov və Şirin\" serialı çəkilir - FOTO

Hazırda oxunan: \"Xosrov və Şirin\" serialı çəkilir - FOTO

28603

Nizami Gəncəvinin 880 illiyinə həsr edilən "Xosrov və Şirin" adlı bədii serial çəkilir. 

Bizim.Media xəbər verir ki, serialda poemadakı hadisələrin kompozisiyası və süjeti saxlanılmaqla müasir dövrümüzə proyeksiya olunub. 

Baş rollarını Rüstəm Cəbrayılov və Kəmalə Piriyevanın canlandırdığı serialda cəsarətli səhnələrin də olduğu bildirilir.  

Bədii serialın rejissorları Xəyyam Abdullazadə və Elməddin Alıyev, quruluşçu operator Elman Əliyev, senari müəllifləri isə İlqar Fəhmi və Xəyyam Abdullazadədir. 

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Azərbaycanfilm" kinostudiyası və İctimai Televiziya və Radio Yayımları Şirkətinin birgə istehsalıdır. 

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO