Hacı Zeynalabdin Tağıyevin abidəsi bu tarixdə açılacaq - FOTO

Hacı Zeynalabdin Tağıyevin abidəsi bu tarixdə açılacaq - FOTO

Hazırda oxunan: Hacı Zeynalabdin Tağıyevin abidəsi bu tarixdə açılacaq - FOTO

26868

Tanınmış aktyor, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışının iki ay ərzində baş tutacağını bildirib.

Bizim.Media xəbər verir ki, o, bu barədə özünün “Facebook” səhifəsində yazıb.

“Çoxdan bəri Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışını gözləyən hər kəs üçün çox yaxşı, pozitiv xəbər! Bu gün Heydər Əliyev Fondunun nümayəndələri ilə əlaqə saxladım və mənə bildirdilər ki, iki ay ərzində böyük həmyerlimizin abidəsi planlaşdırıldığı yerdə - İçəri Şəhar metro stansiyasının yaxınlığında ucaldılacaq. Görkəmli azərbaycanlı, xeyriyyəçi və vətənpərvər Hacı Zeynalabdin Tağıyevin şəxsiyyətinə sayğı göstərən və hörmət edənləri bu gözəl xəbər münasibətilə təbrik edirəm!”, - deyə B.Bağırzadə qeyd edib.

Həmçinin o, abidənin açılışının böyük tarixi və mədəni hadisə olduğunu vurğulayıb.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO