Azərbaycanlı müğənnidən ŞOK AÇIQLAMA: “Rayonlu nə bilir konsert nədir, teatr nədir?”

Azərbaycanlı müğənnidən ŞOK AÇIQLAMA: “Rayonlu nə bilir konsert nədir, teatr nədir?”

Hazırda oxunan: Azərbaycanlı müğənnidən ŞOK AÇIQLAMA: “Rayonlu nə bilir konsert nədir, teatr nədir?”

26539

“O vaxt Bakı ilə rayon əhalisinin çox dərin fərqi var idi. Şəhər əhalisi şəhərdən getdi, onların yerinə rayon əhalisi gəldi”.  

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycanın Xalq artisti, müğənni Sərxan Sərxan deyib: 

“Onların da təqsiri yoxdur. Çünki bu yazıqlar şəhərdə necə yaşamağın, konsertlərə getməyin qaydasını bilmirlər. Onlar nə bilir, konsert nədir, teatr nədir, bunu indi-indi öyrənirlər. 
Əvvəllər rayondan gələn tələbə beş il oxuyandan sonra şəhər mədəniyyətini qəbul edirdi, olurdu Bakı sakini. İndi Bakıda əsasən rayon əhalisidir. Onların da, yenə deyirəm, təqsiri yoxdur. 

Bu, o demək deyil ki, onlar konsertləri sevmirlər. Yox, sadəcə onlara bu tərbiyəni, mədəniyyəti verən olmayıb.

Bəlkə də bu, sovet hökumətinin siyasəti idi ki, Bakı əhalisi savadlı olsun, amma rayon əhalisi savadsız qalsın. Gürcülərdə isə bu fərq yoxdur. Onlarda şəhər əhalisi ilə kənd əhalisi arasında fərq azdır. Amma bizdə çoxdur, indi öyrənirlər. Hazırda şəhərimiz təmizdir, 90-cı illərdə küçələr yaman gündə idi”. (kulis.az) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO