Nazirlik “Nəşrlərin satınalınması müsabiqəsi”ni elan edir - ŞƏRTLƏR

Nazirlik “Nəşrlərin satınalınması müsabiqəsi”ni elan edir - ŞƏRTLƏR

Hazırda oxunan: Nazirlik “Nəşrlərin satınalınması müsabiqəsi”ni elan edir - ŞƏRTLƏR

25657

Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanaların kitabxana fondlarının yeni nəşrlərlə zənginləşdirmək və komplektləşdirmək məqsədilə “Nəşrlərin satınalınması müsabiqəsi” elan edilir.

Bizim.Media-ya nazirlikdən verilən əlumata görə, müsabiqə çərçivəsində Komissiya tərəfindən seçilən nəşrlərdən minimum 40 nüsxə alınacaq.

İştirakçılar tərəfindən nəşrlər 22.07.2021 tarixinədək Komissiyaya təqdim olunmalıdır. Müsabiqə üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonra təqdim olunan nəşrlər qəbul edilmir.

Buraxılış məlumatında qiyməti göstərilməyən nəşrlərin dəyəri onun texniki göstəricilərinə, poliqrafik keyfiyyətinə görə mövcud bazar şərtləri əsasında müəyyənləşdiriləcək.

Məzmun və poliqrafik baxımdan qüsurlu, ümumi tirajı 300-dən aşağı (iki və daha çox cildli olduqda hər cildin tirajı 300-dən aşağı) olan nəşrlərin satınalınmasına yol verilmir.

Müsabiqəyə xarici dillərdə (əsasən ingilis, rus, fransız, alman, ərəb) olan nəşrlər də təqdim oluna bilər.

Müsabiqənin qaydaları ilə bu linkdən tanış ola bilərsiniz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO