“Azərbaycan Atabəyləri” filmi Laçında təqdim olundu - FOTO

“Azərbaycan Atabəyləri” filmi Laçında təqdim olundu - FOTO

Hazırda oxunan: “Azərbaycan Atabəyləri” filmi Laçında təqdim olundu - FOTO

233927

Artıq kinosevərlərin ixtiyarına verilən “Azərbaycan Atabəyləri” bədii-sənədli filminin növbəti təqdimatı Laçın şəhərində, “Lacinema” Kino Mərkəzində baş tutub.

Bizim.Media xəbər verir ki, film təqdimatından öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov çıxış edərək filmin təqdimatının Laçında keçirilməsinə görə yaradıcı heyətə öz təşəkkürünü bildirib.


Tədbirdə “Azərbaycan Atabəyləri” bədii-sənədli filminin prodüseri və ssenari müəllifi Sərvər Bayramov da çıxış edərək bildirib ki, filmin Laçında təqdim edilməsində məqsəd “Böyük Qayıdış” proqramı çərçivəsində öz doğma torpaqlarına, dədə-baba yurduna dönən laçınlılar və ətraf ərazilərdə yaşayan soydaşlarımızın asudə vaxtlarının səmərəliliyinə töhfə vermək, zəngin tarixi irsimizi, xalqımızın qəhrəmanlıq səlnaməsini gündəmə gətirməklə əlavə qürur mənbəyi formalaşdırmaqdır:

“Hesab edirəm ki, film Laçında və ətraf ərazilərdə bərpa olunan həyatın ahənginə rəng qatacaq. Bu filmdə Zəngəzur mövzusu və Vətən Müharibəsi, şanlı Zəfərlə bağlı şüuraltı mesajların yer alması, günümüzlə müəyyən tarixi paralellərin aparılması ideoloji mahiyyəti etibarilə xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda mövzu məkan anlamında Şərqi Zəngəzur – Laçın üçün səciyyəvidir və azad ərazilərdə nümayişi rəmzi məna daşıyır. “Azərbaycan Atabəyləri” bədii-sənədli filmi milli dövlətçiliyimiz, mədəniyyətimizin intibah dövrü sayılan 12-13-cü əsrləri əks etdirir”.

Daha sonra çıxış edən xalq artisti Mehriban Zəki bu filmin Laçında təqdimatını böyük uğurun başlanğıcı adlandırıb.


“Biz arzularımıza çatmışıq. İndi tam təhlükəsiz bir şəraitdə Laçında, dağlar qoynunda film izləyirik. Mən hər birinizi bu gün münasibətilə təbrik edirəm”- deyə xalq artisti bildirib.

Ardınca mərasimdə iştirak edən qonaqlar böyük coşqu ilə tarixi bədii-sənədli filmi izləyiblər.

Təqdimatda şəhid ailələri, qazilər, Laçın sakinləri və ətraf ərazilərdə yaşayan vətəndaşlar iştirak ediblər.



















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO