Xalq teatrı

Xalq teatrı "Dağılan tifaq" tamaşasını TƏQDİM ETDİ - FOTO

Hazırda oxunan: Xalq teatrı "Dağılan tifaq" tamaşasını TƏQDİM ETDİ - FOTO

182133

Qəbələ rayon Mədəniyyət Mərkəzi nəzdində fəaliyyət göstərən xalq teatrı öz tarixi ənənələrini davam etdirir. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, artıq yarım əsrdən çox müddətdir fəaliyyət göstərən teatrın yetirmələrinin sorağı isə respublikanın müxtəlif mədəniyyət və incəsənət kollektivlərindən gəlir.

Bu günlərdə Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən İsmayıl bəy Qutqaşınlı adına Qəbələ Xalq teatrının səhnəsində yeni bir tamaşanın üzərində iş başa çatıb. Belə ki, Azərbaycan Milli teatrın yaranması münasibəti ilə Xalq teatrının üzvləri Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq" pyesi əsasında hazırlanmış eyniadlı tamaşanı teatrsevərlərə təqdim edib.

Tamaşa izləyicilər tərəfindən böyük marağa səbəb olub və alqışlarla qarşılanıb.



Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO