“Musiqi ilə bağlı problemlər çoxdur” - Flora Kərimova

Hazırda oxunan: “Musiqi ilə bağlı problemlər çoxdur” - Flora Kərimova

162018

“Ölkəmizdə musiqi ilə bağlı problemlər çoxdur. Problemlərə münasibət bildirmək, musiqinin  qayğısını çəkmək lazımdır”.

Bizim.Media xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində baş tutan Musiqi Forumunda iştirak edən Xalq artisti Flora Kərimova deyib.

“Mən musiqidə mədəniyyət problemini görürəm. Ən birinci musiqiçinin, ifaçının intellektini görmək istəyirəm. Peşən yoxdursa, ümumiyyətlə, bu sənətə yaxın durma. Çünki səndən sonra qeyri-peşəkarlar yaranır. Onların öhdəsindən gəlmək mümkün olmur. Bir var səhnədə özünə hörmət edəsən, biri də var səhnəni, musiqini özündə hörmət edəsən. Səhnəyə çıxanda ən əvvəl özümüzü düşünməliyik”, - Xalq artisti əlavə edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO