Bəstəkarlar arasında yaradıcı stimul yoxdur - Baş dirijor

Hazırda oxunan: Bəstəkarlar arasında yaradıcı stimul yoxdur - Baş dirijor

162005

“Hazırda bəstəkarlar arasında yaradıcı stimul yoxdur”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru Əməkdar artist Əyyub Quliyev Bakıda keçirilən Musiqi Forumunda panel müzakirəsi zamanı deyib.

"Doğrudur, Mədəniyyət Nazirliyi başda olmaqla, aidiyyəti dövlət qurumları bu yöndə lazımi işlər görür", - o əlavə edib.

Əyyub Quliyev dövlət səviyyəsində keçirilən bəstəkar yubileyləri məsələsinə toxunub:

"Adətən, yubiley tədbirləri 50 yaşdan yuxarı bəstəkarlar üçün keçirilir. Amma axı 50 yaşa qədər də bizim bəstəkarlarımız var. Onların bəstələri də qayğı istəyir, səhnə istəyir".

Əməkdar artist dahi bəstəkarların əsərlərinin bərpasını zəruri sayıb: "Məsələn, Qara Qarayevin əsərlərinin çoxu yaxşı formada deyil. "Yeddi gözəl"i biz özümüz öz vəsaitimizlə kompüterdə yığıb, gedib xaricdə çıxış edirik. Mən cənab nazirdən xahiş edirəm, bəstəkarların əsərlərinin sifariş şəklində alınması çox önəmlidir".

Dirijor gənc bəstəkarlar üçün laboratoriya təşkil olunmasının vacibliyinə diqqət çəkib:

"Bizdə bunu təşkil edəcək komanda, o potensialda gənc bəstəkarlar var. Sadəcə, müəyyən dəstəyə ehtiyac duyulur".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO