Bakının 4 metro stansiyasında canlı konsert olacaq

Hazırda oxunan: Bakının 4 metro stansiyasında canlı konsert olacaq

155690

Sentyabrın 18-i ölkəmizdə Milli musiqi Günü kimi qeyd olunur. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dahi bəstəkar Üzeyir Hacıbəyovun xatirəsinə həsr olunmuş XV musiqi festivalı bu gün başlanır və sentyabrın 28-dək davam edəcək.

Bizim.Media xəbər verir ki, Milli Musiqi Günü münasibəti ilə Bakı metropoliteni, sərnişinlərinə xoş ovqat bəxş edəcək konsert proqramı təşkil edəcək.

Konsert proqramı “İçərişəhər” (10:30 - 12:00), “Sahil” (11:30-13:00), “28 May” (12:30-14:00), “Elmlər Akademiyası” (13:30-15:00) stansiyalarında təqdim olunacaq.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü və təqdim etdiyi parçalar əsasında tərtib edilərək, Musiqi günü və keçirilən festivala həsr olunmuş musiqi proqramının metro stansiyalarında səsləndirilməsinə başlanılıb.

Proqrama Üzeyir Hacıbəyovun 11 əsərindən parçalar daxil edilib. Dahi bəstəkarın yaradıcılığının məhsulu olan məşhur “Sənsiz”, “Sevgili canan” romansları, “Koroğlu”, ”Arşın mal alan” operalarından uvertüra, “Arazbarı”, “Aşıqsayağı”, ”Cəngi” əsərləri, “Koroğlu” operasından Koroğlunun ariyası, “Çənlibel” xoru, “Leyli və Məcnun” operasından “Qızlar” və “Şəbi hicran” xorundan ibarət proqram günün sonuna qədər yayımlanacaq.
Proqrama milli muğam üçlüyü və simli kvartetin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri, folklor nümunələri salınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO