UNESCO-dan “Yallı” rəqsi ilə bağlı çağırış: "Bu ənənəni qorumalıyıq"

Hazırda oxunan: UNESCO-dan “Yallı” rəqsi ilə bağlı çağırış: "Bu ənənəni qorumalıyıq"

155667

Birləşmiş Millətlər Təşkilatının (BMT) Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu UNESCO (“United Nations Educational, Scientific and Cultural Organization”- red) “X” sosial şəbəkəsindəki hesabında Azərbaycanın milli rəqsi olan “Yallı” ilə bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, UNESCO paylaşımda “Yallı”nın qorunmasına çağırış edib.

“Yallı” rəqsi ritmik addımları və rəngarəng kostyumları ilə Azərbaycan canlı irsinin mahiyyətini təcəssüm etdirir. “Yallı” 2018-ci ildə Təcili Qorunma Siyahısına daxil olunub. Biz bu ənənəni birlikdə qorumalıyıq”, - UNESCO-nun paylaşımında deyilir.
Qeyd edək ki, “Yallı” Azərbaycanın ən qədim rəqs növlərindən biridir. "Yallı (“Köçəri”, “Tənzərə”), “Naxçıvanın ənənəvi qrup rəqsləri" 2018-ci ilin 26 noyabr – 1 dekabrında Mavriki Respublikasının paytaxtı Port-Luis şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında qəbul edilmiş qərarla Təcili Qorunma Siyahısına salınıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO