Tarzən Ramiz Quliyev: “Yaxın illərdə bu gənclərin sorağı ölkə və dünya səhnələrindən gələcək” - FOTO  

Tarzən Ramiz Quliyev: “Yaxın illərdə bu gənclərin sorağı ölkə və dünya səhnələrindən gələcək” - FOTO  

Hazırda oxunan: Tarzən Ramiz Quliyev: “Yaxın illərdə bu gənclərin sorağı ölkə və dünya səhnələrindən gələcək” - FOTO  

141343

Bakı şəhər, Səid Rüstəmov adına musiqi məktəbin kollektivi “Mədəniyyət mübadiləsi” layihəsi çərçivəsində balakənli həmkarlarının qonağı olub.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Səid Rüstəmov adına musiqi məktəbinin kollektivinin dəvəti ilə Balakənə gələnlər sırasında görkəmli tarzən, Azərbaycanın Xalq artisti, professor, Dövlət Mükafatı laureatı Ramiz Quliyev də yer alıb.  

Qonaqları Balakən rayon icra hakimiyyətinin rəhbərliyi, həmçinin Uşaq İncəsənət məktəbinin kollektivi qarşılayıb.

Balakən rayon icra hakimiyyyətinin başçısı İslam Rzayev Xalq artisti Ramiz Quliyevi bir neçə il əvvəl istifadəyə verilən müasir Uşaq İncəsənət Məktəbi ilə tanış edərək, açılışdan, cənab Prezidentlə olan xatirələrindən danışıb.  

Qonaqlar həmçinin məktəb şagirdlərinin əl işlərindən ibarət rəsm və heykəltəraşlıq sərgisinə baxıb. Daha sonra hər iki musiqi məktəbinin şagird və müəllimləri ölkə və dünya bəstəkarlarının musiqilərini ifa edib.

Hər iki musiqi məktəbinin şagirdlərinin ifasını dinləyən Xalq artisti Ramiz Quliyev ucqar bölgədə uşaqlar üçün yaradılan şəraitdən məmnun qaldığını və gənclərin istedadlarını üzə çıxarması üçün geniş imkanlar yaradıldığını qeyd edib.  
Xalq artisti əminliklə bildirib ki, bu gün bu səhnədə yer alan gənclərin xoş sorağı yaxın illərdə ölkə və dünya səhnələrindən gələcək. Sonra iştirakçılara xatirə hədiyyələri və diplomlar verilib.  














Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO