\

\"Xalq yazçısı adı almaq üçün çox işləmək lazımdır\" – Çingiz Abdullayev   

Hazırda oxunan: \"Xalq yazçısı adı almaq üçün çox işləmək lazımdır\" – Çingiz Abdullayev   

139814

"Çox adam bilmir ki, Azərbaycanda neçə Xalq şairi və Xalq yazıçısı var". 

Bizim.Media xəbər verir ki, bu sözləri yazıçı Çingiz Abdullayev II Türk dünyası Ədəbiyyat və Kitab festivalında deyib.  

Onun sözlərinə görə Azərbaycanda bu gün cəmi 4 Xalq şairi var: 

"Birinin 92 yaşı var. O da Nəriman Həsənzadədir. Üçünün isə 80-ə yaxın yaşı var. Ramiz Rövşən, Sabir Rüstənxanlı və Vahid Əziz...  
Onlara bu ad elə belə verilməyib. Bu adı qazanmaq üçün çox kitab yazmalısan. Eləcə də 8 Xalq yazıçısı var. Onların arasında tanınmış yazıçılarımız Anar, Elçin, Mövlud Süleymanlı, Elmira Axundova, Afaq Məsud və mən varam. Həmişə fəxr etmişəm ki, cavan vaxtımda bu ada layiq görülmüşəm. Əslində başa düşürəm ki, o ada çatmaq üçün çox işləmək lazımdır". 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO