Aşıq Ələsgərin abidəsi HAZIRLANIR

Hazırda oxunan: Aşıq Ələsgərin abidəsi HAZIRLANIR

137700

Aşıq Ələsgərin heykəlinin hazırlanması prosesinə başlanılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “apa.az”a abidənin müəllifi, Xalq rəssamı Natiq Əliyev məlumat verib. 

Onun sözlərinə görə, hazırda abidənin gildən hazırlanma prosesi həyata keçirilir. 

Abidənin nə zaman hazır olacağına toxunan heykəltəraş bildirib ki, bununla bağlı yekun tarix demək üçün hələ tezdir: “Çünki bu, yaradıcı bir işdir, amma yəqin ki, yaxın zamanlarda iş yekunlaşar”. 

Heykəltəraşın sözlərinə gözə, abidə hazır olduqdan sonra ekspert rəyi veriləcək: “Bunun üçün xüsusi ekspert komissiyası var”. 

Qeyd edək ki, abidənin memarı Malik Babayevdir. 

Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Mədəniyyət Nazirliyi tərəfindən Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı müsabiqə keçirilib və heykəltəraş, Xalq rəssamı Natiq Əliyevin təqdim etdiyi eskiz qalib olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO