Sumqayıtlı incəsənət ustaları ŞƏKİDƏ - FOTO

Hazırda oxunan: Sumqayıtlı incəsənət ustaları ŞƏKİDƏ - FOTO

137187

Şəki şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin dəvəti ilə Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin xalq çalğı alətləri orkestri və Sumqayıt şəhər Bülbül adına İncəsənət Məktəbinin “Şəfəq” uşaq xoru şəkili həmkarlarının qonağı olub.

Şəki Regional Mədəniyyət İdarəsindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata əsasən sumqayıtlı incəsənət ustalarını salamlayan regional mədəniyyət idarəsinin rəhbərliyi birgə əməkdaşlığın əhəmiyyətindən danışıb, belə görüşlərin gələcəkdə də davam etdiriləcəyinə inamını ifadə edib.   

Sumqayıt Musiqi Kollecinin direktoru, pianoçu Səbinə Mehdiyeva təşkilatçılara minnətdarlığını bildirib.
Qeyd olunub ki, Azərbaycanın tarixi və mədəniyyəti üçün bir çox şəxsiyyətlər yetirmiş Şəki torpağında çıxış etmələrindən böyük qürur hissi keçirirlər.

Sumqayıtın incəsənət ustaları Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa edib. Konsertdə həmçinin Şəki şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri çıxış edib. 








Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO