Elxan Qasımovun qızı: \"Atamı süni ventilyasiya aparatından ayırıblar, özü nəfəs alır\" - ÖZƏL

Hazırda oxunan: Elxan Qasımovun qızı: \"Atamı süni ventilyasiya aparatından ayırıblar, özü nəfəs alır\" - ÖZƏL

136526

Xəbər verdiyimiz kimi, kinorejissor Əməkdar artist Elxan Qasımovun səhhəti qəfildən pisləşib. Sənətkara aorta anevrizmasının partlaması diaqnozu qoyulub. 

Əməkdar artistin sağlamlıq vəziyyəti ilə bağlı məlumat əldə etmək üçün Bizim.Media-nın əməkdaşı kinorejissorla əlaqə saxlayıb. 

Dəstəyi qaldıran E.Qasımovun qızı Kəmalə xanım atasının səhhətində nisbətən irəliləyiş olduğunu bildirib: 

"Hazırda atam paytaxtdakı özəl klinikaların birində müalicəsini davam etdirir. Reanimasiyadadır. Çox qan itirdiyinə görə, ona qan köçürülür, sistemlər olunur. Səhhətində müsbət dinamika müşahidə edilir. Onu süni ventilyasiya aparatından ayırıblar. Çətinliklə də olsa özü nəfəs alır. Həkim nəzarətindədir. Amma hələ də çox zəifdir. Klinikaya tez-tez gedib atama baş çəkirəm. Yanına ancaq məni buraxırlar. Boğazında boru olduğundan danışa bilmir”. 

Kəmalə xanım bildirib ki, rəsmi olaraq Mədəniyyət nazirliyi aktyorun bütün müalicə xərclərini öz üzərinə götürüb. 

“Dualar edirik ki, atam tez sağalıb ailəmizin yanına qayıtsın. Atamın səhhəti ilə maraqlanan hər kəsə təşəkkürümü bildirirəm", - deyə Əməkdar artistin qızı bildirib. 

Qeyd edək ki, Əməkdar artist Elxan Qasımov mayın 9-da əməliyyat olunub. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO