Maykl Duqlas Kann Festivalının fəxri mükafatını aldı

Maykl Duqlas Kann Festivalının fəxri mükafatını aldı

Hazırda oxunan: Maykl Duqlas Kann Festivalının fəxri mükafatını aldı

136377

Aktyor Maykl Duqlas Kann Film Festivalında fəxri Qızıl Palma budağına layiq görülüb.

Bu barədə Bizim.Media xarici mətbuata istinadən xəbər verir.

Mükafatı Duqlasa aktrisa Uma Turman və aparıcı Kyara Mastroyani təqdim ediblər.

“Bu mükafata və xoş sözlərə görə təşəkkür edirəm. Dünyada yüzlərlə festival mövcuddur, ancaq bir Kann var. Bu festivalın 76 yaşı var, amma mən daha da qocalmışam”, - 78 yaşlı aktyor səhnədə çıxış edib.

Duqlas kino sənətinin inkişafında müstəsna xidmətlərinə görə fəxri mükafata layiq görülüb. O, tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb. Aktyor film festivalına həyat yoldaşı Ketrin Zeta-Cons və qızı Karislə gəlib.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO