İşğal dövründə Şuşada 300-dən çox abidə dağıdılıb

İşğal dövründə Şuşada 300-dən çox abidə dağıdılıb

Hazırda oxunan: İşğal dövründə Şuşada 300-dən çox abidə dağıdılıb
131851
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"İşğal dövründə təkcə Şuşada 300-dən artıq tarix-memarlıq abidəsinin əksəriyyəti dağıdılıb".

Bizim.Media xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova aprelin 20-də Əqli Mülkiyyət Agentliyinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində 23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan-Türk torpaqları olan Zəngəzur həqiqətləri” mövzusunda keçirilən konfransda söyləyib. 

O qeyd edib ki, sovet dövründə Zəngəzurun qərb hissəsinin Ermənistana verilməsi 100 ildir türk dünyasının parçalanmasına gətirib çıxarıb:

Ermənistan 100 il ərzində tarixi Azərbaycan torpaqlarında tarixi və mədəni irsimizi silməyə çalışdığı kimi, 30 illik işğal dövründə də bunu Qarabağ ərazisində  davam etdiriblər. 

Nazir müavini Səadət Yusifova Birinci vitse-prezident Mehriban Əliyevanın gördüyü böyük işlər sayəsində Azərbaycanın tarixi və mədəni irsinin bu gün dünya miqyasında daha çox tanındığını vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO