Məqsəd Nurun yeni kitabı nəşr edilib - FOTO

Məqsəd Nurun yeni kitabı nəşr edilib - FOTO

Hazırda oxunan: Məqsəd Nurun yeni kitabı nəşr edilib - FOTO

124264

Yazıçı Məqsəd Nurun "Oliqarxın alaçığı" kitabı işıq üzü görüb.

Bizim.Media xəbər verir ki, kitaba müəllifin 1988-2018-ci illərdə yazdığı əsərləri - "Şəhər Meri" romanı, "Küləkli şəhər", "Ovuntu", "Katastrofiklər",  "Rütubət sevgiləri", "Qırğız gündəliyi" və "Sınaqlar" adlı silsilə hekayələri daxil edilib.

Roman estetikasında yazılmış silsilə hekayələrdə sadə insanların həyatı, müharibə zədələri, urbanizasiyanın fəsadları təsvir olunur.
Xatırladaq ki, "Oliqarxın alaçığı" Məqsəd Nurun Azərbaycanda nəşr edilən üçüncü kitabıdır. Kitab “Mücrü” nəşriyyatı tərəfindən ərsəyə gətirilib.

Müəllifin "Şəhər Meri" romanı Milli Kitab müsabiqəsinin (2011) qalibi olub. Roman bir neçə ölkədə nəşr edilib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO