Azərbaycanın xalq atristi Afaq Bəşirqızının bir neçə gündür ki, respublikadakı xəstəxanaların birində müalicə olunmasıyla bağlı saytımıza informasiya daxil olub. Aldığımız məlumatda deyilir ki, xa0səhnəmizin gülüş ustası hazırda kardioloji müalicə alır.xa0
Moderator.az xəbəri dəqiqləşdirmək üçün Afaq xanımın özü ilə əlaqə saxlayıb. Ancaq xalq artisti xəstəxanada yatdığını təkzib edib.xa0
Qeyd edək ki, bənzərsiz rolları ilə sevilən, tamaşaçıların könlündə taxt qurmağı bacaran aktrisamız Afaq Bəşirqızı az əvvəl ürək əməliyyatı keçirmişdi.xa0
Rumiyyə




































































































