Qaxda “Xocalı soyqırımı - qan yaddaşımızdır” adlı rəsm sərgisi TƏŞKİL OLUNDU - FOTO 

Qaxda “Xocalı soyqırımı - qan yaddaşımızdır” adlı rəsm sərgisi TƏŞKİL OLUNDU - FOTO 

Hazırda oxunan: Qaxda “Xocalı soyqırımı - qan yaddaşımızdır” adlı rəsm sərgisi TƏŞKİL OLUNDU - FOTO 

122567

Bəşər tarixinin ən qanlı cinayətlərindən olan Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar Qax Dövlət Rəsm Qalereyasında rəsm sərgisi fəaliyyətə başlayıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qax rayon Gənclər və İdman İdarəsinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qax nümayəndəliyinin birgə təşkil etdikləri sərgidə uşaq, yeniyetmə və gənc rəssamların 50-dək rəsm əsəri nümayiş etdirilir.

Sərginin açılışında çıxış edənlər, ermənilərin zaman-zaman xalqımızın başına gətirdikləri müsibətlərdən danışıb.

Bildirilib ki, sərginin təşkilində əsas məqsəd insanlığa qarşı ən qəddar və amansız terror hadisələrindən olan Xocalı soyqırımının acı nəticələrini gənc nəslə, eləcə də izləyicilərə çatdırmaqdır.
Sərgidə nümayiş etdirilən rəsmlərdə müəlliflərin mənfur düşmənə qarşı qəzəb və nifrəti özünü büruzə verir.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO