Dünyasını dəyişən Zeynəb Dostəliyevanın dəfn olunacağı yer AÇIQLANDI - ÖZƏL

Dünyasını dəyişən Zeynəb Dostəliyevanın dəfn olunacağı yer AÇIQLANDI - ÖZƏL

Hazırda oxunan: Dünyasını dəyişən Zeynəb Dostəliyevanın dəfn olunacağı yer AÇIQLANDI - ÖZƏL

118640

Ötən gün 67 yaşında gecə saatlarında müalicə aldığı Mərkəzi Neftçilər xəstəxanasında vəfat edən Xalq artisti Nazpəri Dostəliyevanın bacısı Zeynəb Dostəliyevanın dəfn olunacağı yer bəlli olub.

Bizim.Media-nın əməkdaşının əldə etdiyi məlumata görə, mərhum bu gün 12:00 radələrində "Səngəçal" ərazisində yerləşən məzarlıqda, Nazpərinin ötən il vəfat edən oğlu Əlinin yanında torpağa tapşırılacaq.

Zeynəb Dostəliyevanın ailəsi deyib ki, dekabrın sonlarında o, resperator qrip virusuna yoluxub.

Bundan sonra onun vəziyyəti ağırlaşıb. Virus qaraciyərinin fəaliyyətinə mənfi təsir göstərib və dayandırıb. Z.Dostəliyeva son günlər Mərkəzi Neftçilər xəstəxanasında müalicələr alsa da həyatını xilas etmək mümkün olmayıb.

Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO