500 manat qonorar tələb edən rejissora həmkarlarından CAVAB: “Gülünc məsələdir...”

500 manat qonorar tələb edən rejissora həmkarlarından CAVAB: “Gülünc məsələdir...”

Hazırda oxunan: 500 manat qonorar tələb edən rejissora həmkarlarından CAVAB: “Gülünc məsələdir...”

116812

Son günlərdə hər kəsin marağına səbəb olan “Əqrəb mövsümü”, “Körpü” seriallarının rejissoru Emil Quliyev öz açıqlaması ilə də gündəmə gəlib. Belə ki, onun bir saatlıq müsahibə üçün 500 manat qonorar tələb etməsi birmənalı qarşılanmayıb. 

Bizim.Media Emil Quliyevin rejissor həmkarlarından onun irəli sürdüyü tələblə bağlı fikirlərini öyrənib.

“Aktrisa” filmi, “Vicdan haqqı” və digər böyük izləyici kütləsi toplamış serialların rejissoru Rövşən İsax da qonorar tələbinin normal olduğunu bildirdi:

“Əslində Emil Quliyevin fikri çox normaldır. Sadəcə olaraq, reallığı nəzərə alıb ona uyğun danışmaq nələrisə tələb etmək lazımdır. Mən də həmçinin belə addım atmağı sevirəm. Təbii ki, Azərbaycanda da müsahibələrə, açıqlamalara görə, aktyor, rejissorlara qonorar verilməsini arzulayardım. Amma özüm bu kimi şeylərin arxasınca heç qaçmaram. Çünki marağında deyiləm və ən əsası Azərbaycan reallığını dərk edərək, ona uyğun şəkildə hərəkət edirəm”. 

Azərbaycan Film Akademiyasının təsisçisi və direktoru, rejissor Zaur Tahirsoy da Emil Quliyevin qonorar tələbini doğru hesab etməyib:

“Hər hansı xarici ölkələrin birində yaşasaydıq, bu istəyi doğru adlandıra bilərdik. Çünki bu müsahibələrin qarşısında saytlar müəyyən reytinq toplayır. Amma Azərbaycanda qonorar tələbinin ortaya qoyulmasını doğru hesab etmirəm. Çünki reallıq var, düzdür, hazırda inkişaf üçün bəzi addımlar atılır ancaq ayağı yorğana görə uzatmaq lazım olduğunu düşünürəm”, - deyə qeyd edən Z.Tahirsoy ölkədə bu kimi tələbin irəli sürülməsini gülünc hesab edib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO