8 kavdrat metr ölçüsündə otaqda bir evi yerləşdirmək olar? Olar. Fransalı dizaynerlər bunu sübut ediblər.
Məlumata görə, fransalı dizaynerlər 8 kvadrat metr ölçüsündə otaqda bir evdə olmalı olan hər şeyi çox səliqəli şəkildə yerləşdiriblər.
Bunun üçün qədim bir binanın 7-ci mərtəbəsi seçilib. Dizaynerlər bu balaca otaqda həyat üçün lazım olan hər şeyi yerləşdirməklə bərabər boş sahədəd saxlaya biliblər.
Belə ki, divarda xaricdən gözəl görünüşü olan şkaf yığılıb. Bu şkafın hər qapısı başqa bir işə xidmət edir. Üst mərtəbədə yatmaq üçün çarpayı, aşağıda paltar və kitab şkafı, bir necə stulu olan masa, kondisioner yerləşdirilib.
Burada hətta kifayət qədər rahat duş otağı, tualetdə yerləşdirilib.
Mətbəx isə otağın baş hissəsində, pəncərə qabağındadır.






































































































