Burun tutulması burun - qulaqxa0 xəstəlikləri və mövsüm dəyişikliyi zamanı rast gəlinən bir problemdir. Uşaqlarda və böyüklərdə narahat edən bu problemə hər yüz adamdan 10-20-sində rast gəlinir.xa0
Burun-Qulaq-Boğaz üzrə mütəxəsislər bu zaman süd içmənin, həmçinin burun dəliklərini duzlu su ilə təmizləməyin vəxa0 zeytun damcısı tökməyin xeyirli olduğunu bildirir.
Havanı burundan tənəffüs etmək sağlam yaşam üçün çox önəmlidir. Doktor evdə də bəzi qaydalarla özümüzə kömək edə biləcəyimizi söyləyib. Belə ki, yatdığınız otağı nəm saxlamaq lazımdır. Bunun üçün yanınıza 1 stəkan su qoymaq kifayətdir. Həmçinin 1 stəkan suya 1 çay qaşığı duz və 1 çay qaşığı soda töküb burnunuzu təmizləyə bilərsiniz.
Burun tutulmasına çoxlu su içmək və c vitamini qəbul etmək də yaxsı təsir edir. Əlbəttə ki, siqaret çəkmək olmaz. Mütəxəssislər, əgər burundan axıntı ilə bərabər qan gələrsə və burun tutulması 10 gündən çox sürərsə, həkimə getməyin vacib olduğunu da vurğulayıb.































































































