İzaholunmaz Putin və onun bənzərsiz zooparkı  - FOTO/VİDEO

İzaholunmaz Putin və onun bənzərsiz zooparkı - FOTO/VİDEO

Hazırda oxunan: İzaholunmaz Putin və onun bənzərsiz zooparkı - FOTO/VİDEO

194839
17 illik hakimiyyəti dövründə Vladimir Putinə çox hədiyyələr, o cümlədən heyvanlar verilib.xa0

Moderator.az BBC rus xidmətinə istinadən Putinin canlı hədiyyələri haqqında oxucularını məlumatlandırır.

Türkmənistanın prezidenti Qurbanqulu Berdımuhammədov bu gün Putinə keçmiş ad günü münasibətilə Alabay küçüyünü hədiyyə edib. Türkmənistanın prezidenti: “Bu, dünyada nadir cins olan Alabay itidir və onaxa0 “Vernıy”x9d(etibarlı) adı vermişik”x9d.

17 illik hakimiyyəti dövründə Putinə hədiyyə olunan heyvanlardan kiçik zoopark yaratmaq olar.

İlk heyvanı 2000-ci ildəxa0 o vaxt FHN naziri olan Şoyqu hədiyyə edib. Bu labrodar cinsindən olan qara it Konni idi. Putinin çox sevdiyi bu it 2014-də ölüb.

2000-ci ildə Oryol qubernatoru Yeqor Stroyev Oryol atı (rısak) bağışlayıb.xa0
2001-ci ildə Başqırdıstanın başçısı Murtaza Rahımov Axaltəkin atını hədiyyə edir.
Bir ildən sonra Putinxa0 İordaniya kralı II Abdulladanxa0 üç ərəb atını hədiyyə kimi qəbul edir.
Bir poni atını da 2005-də Tatarıstan prezidenti Şaymiyev hədiyyə edib.
2003-də o vaxtkı Moskva meri Lujkov Putinə ağ keçi hədiyyə edir, Putin ona “Skazka”x9d( nağıl) adını verir
2008-də prezidentin ad gününə Ussuriya pələnginin balasını hədiyyə gətirirlər. O indi Gəlincik zooparkındadır.
2010-da Türkmənistan prezidenti heyvan hədiyyə etmə adətinə sadiq qalaraq iki nadir Asiya bəbiri hədiyyə edir. Onlar indi Qafqazda vəhşi heyvanlar mərkəzində saxlanılır.

2010-da Bolqarıstanın baş naziri Boyko Borisova qaraqaçan ovçarka cinsinin küçüyünü hədiyyə edib. O küçüyə ad vermək üçün müsabiqə elan edilir. Qalib 5 yaşlı Dima Sokolov olur.O itə “Baffi”x9d ləqəbini verir.xa0
2012-də Yaponiyanın Akita prefekturasının qubernatoru Noroxisa Satake akit- inu cinsindən Yume ləqəbli küçük hədiyyə edib.xa0
Putinin zooparkında iki heyvan eksponatı da var.2002-ci ildə Moldova prezidenti Voronin Putinə büllur timsah hədiyyə edir və üstünə də bu sözləri həkk etdirir: “Timsah yeganə heyvandır ki, geri çəkilmir”x9d
2013-də isə Angela Merkel Putinə kukuşka saat bağışlayır. Bunun simvolik əlaməti var. Putin bütün görüşlərə adətən gecikir. Bir dəfə də Merkel onu Berlində bir saat gözləməli olub. Bu vaxtı xəbər verən kukuşka Rusiya prezidentinə ona görə verilib ki, alman dəqiqliyi olsun, bir də gecikməsin...


Факты. Питомцы президента
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO