Dünyanın hələ də yaşayan ən qədim respublikası

Dünyanın hələ də yaşayan ən qədim respublikası

Hazırda oxunan: Dünyanın hələ də yaşayan ən qədim respublikası

190614

San Marino 61,2 km²lik ərazisi ilə İtaliya yarımadasında kiçik bir dövlətdir. Bu kiçik dövlətin yaranma səbəbi Xristianlara qarşı törətdiyi işgəncələrlə tanınan Roma imperatoru Diocletianusa əsaslanır.xa0

Belə ki, imperator Diocletianusun işgəncələrindən qaçan bir qrup Xristian əslində bir daş ustası olan Marinusun ətrafında birləşərək Orta İtaliyanın şərqindəki Apenin qayalıqları üzərində yerləşirlər. xa0
Beləliklə, 3 sentyabr 301-ci il tarixində "San Marino" dövləti qurulur.xa0

Qayalıq və meşəlik sahədə yerləşən bu kiçik dövlət çətin nəqliyyat yolları səbəbindən və ciddi bir mənbəyi olmadığı üçün İtaliyanın güclü dövlətləri tərəfindən istila edilməkdən qorunub.
xa0
San Marino 1243-cü ildə bir respublika halına gəlib və XIII əsrdə qəbul edilən ölkə qanunları, kiçik dəyişikliklər ilə bu günə qədər yaşamaqda davam edib.xa0

San Marino bu gün hələ də ayaqda olan ən qədim respublika olmaq xüsusiyyətini daşıyır.



Zəhra
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO