“Qəddafi həyatdadır, gizli yerdə yaşayır

“Qəddafi həyatdadır, gizli yerdə yaşayır"- SENSASİYA

Hazırda oxunan: “Qəddafi həyatdadır, gizli yerdə yaşayır"- SENSASİYA

164753


2014-cü ildə Misir və İranın, eləcə də, başqa dövlətlərə aid media orqanlarının yazdığı xa0məlumata görə, 2011-ci ilin payızında xalq tərəfindən linç edilən sabiq Liviya lideri Muəmmar Qəddafi əslində öldürülməyib. Həmin görüntülər də qabaqcadan hazırlanan ssenarinin tərkib hissəsidir. 2014-cü ildə Misirin “Əl Mari el Yavm”x9d qəzetində yayımlanan yazı rezonans yaratmışdı.xa0

Moderator.az xəbər verir ki, qəzetin əməkdaşı Əsəd Əbu Qaylanın araşdırmaları əsasında yazılan yazıya görə, Qəddafi məşhur görüntülərdəki şəxs deyil, linç edilən onun oxşarı olub. Diktatorun özü isə Liviyaya yaxın olan Afrika ölkələrinin xa0birində xa0gizli həyat yaşamaqdadır. Müəllifin o zaman yazdığı məlumatlara əsasən, NATO-nun Liviyaya etdiyi hücum nəticəsində ayağından yaralanan Qəddafi həmin ölkədə sağlamlığına da qovuşub.

O illərdə Qəddafinin xanımı Safiyə Rusiya radiosu vasitəsilə ərinin və onunla birgə linç edildiyi deyilən kiçik oğlunun nəşini Liviya hökumətindən tələb etdi. Bunun da əsas səbəbi Qəddafinin öldürülməməsi ilə bağlı ortada gəzən şayiələr idi.
Bugünlərdə ərəb mətbuatı həmin versiyanı gündəmə gətirib. Qəddafinin və kiçik oğlunun nəşinin dəqiq harada dəfn olunduğu bilinmir. Bir versiyada onun Benqazi yaxınlığındakı anadan olduğu kənddə dəfn edildiyi deyilir. Məhz bu versiyaların çoxluğu ərəb mətbuatını bu cür yazılar yazmağa sövq edib.

Elmin Nuri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO