“Jony” Olqa Buzova ilə EŞQ YAŞAYIR? - VİDEO

“Jony” Olqa Buzova ilə EŞQ YAŞAYIR? - VİDEO

Hazırda oxunan: “Jony” Olqa Buzova ilə EŞQ YAŞAYIR? - VİDEO

99891

“Jony” ləqəbi ilə Rusiya şou-biznesində məşhurlaşan azərbaycan müğənni Cahid Hüseynlinin həmkarı Olqa Buzova ilə eşq yaşadığı iddia edilib.

Bizim.Media xəbər verir ki, bu barədə “YouTube”da yayımlanan “Алена блин! Говорит” layihəsində məlumat verilib.

Sözügedən verilişin aparıcısı Alyonanın sözlərinə görə, bu iddialar bir müddət əvvəl Olqanın “Jony”nin sosial şəbəkə hesabıda paylaşdığı fotosuna yazdığı “Səndən uşaq istəyirəm” şərh olub.
Qarşı tərəf isə Buzovanın etirafına səssiz qalıb. Həmçinin Alyona bildirib ki, O.Buzova artıq uzun müddətdir ki, “Jony” ilə maraqlanır və ona yaxınlaşmaq üçün addımlar atır.

Belə ki, iki il bundan əvvəl hər iki ulduz Rusiyanın pop kralı Filipp Kirkorovun ad günündə iştirak ediblər. Həmin məclisdə Olqa bütün gecə “Jony” ilə maraqlanıb. Azərbaycanlı həmkarı haqda öyrənmək istədiyi isə onun əsl adı olub. “Jony” isə Olqaya əsl adının Cahid olduğunu söyləyib”.

Qeyd edək ki, Olqa Buzova daha əvvəl türkiyəli aktyor Burak Özçiviti addım-addım izləyərək, sosial şəbəkə hesabında ona eşq təklifləri etmişdi. Burak isə Olqanın bu hərəkətlərindən tənqə gələrək, onu bloklamışdı.

Rəşad Əliyev, Bizim.Media
 





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO