Kirkorovdan Aygün Kazımovaya isti öpüşlər - FOTO

Hazırda oxunan: Kirkorovdan Aygün Kazımovaya isti öpüşlər - FOTO

9836

Xəbər verdiyimiz kimi, ötən gün Xalq artisti Aygün Kazımovanın doğum günü idi.

Sənətçini təbrik edənlər arasında Rusiyanın Xalq artisti, erməni əsilli Filipp Kirkorov da olub.

Bizim.Media-nın məlumatına görə o, Aygün Kazımova ilə səmimi fotolarını şəxsi "Instagram” hesabının hekayə bölməsində paylaşaraq müğənnini təbrik edib.

Bu arada qeyd edək ki, Filipp Kirkorovun atası Bedros Kirkorov özü “Podyom” (“Подъем”) nəşrinə oktyabrın 7-də verdiyi müsahibəsində erməni diasporu ilə birlikdə Dağlıq Qarabağdakı münaqişə ilə bağlı Ermənistana yardım etmək məqsədilə böyük məbləğdə 33 min dollar pul yığdığını demişdi.

Sonradan Aygün Kazımova Filipp Kirkorovdan bu barədə soruşanda o, xəbəri təkzib edərək atasının iki aydan bəri xəstəxanada reanimasiyada yatdığını deyib:

"Aygün, sən hansı humanitar yardımdan danışırsan? Mənim atam iki aydır xəstəxanada reanimasiyada yatır. O, öz canının hayındadır. Ürəyindən əməliyyat olunub. Elə bir şey yoxdur və ola da bilməz. Bu xəbərlər yalandır, böhtandır. Belə bir addım atılmayıb. Bu xəbərləri biz təkzib etmişik, bütün rus, hətta erməni mediasında bu haqqda məlumatlar da var, açıb oxuya bilərsiniz. Qarabağda baş verənlər məni də çox üzür və mən yalnız sülhün tərəfindəyəm".

Bu arada qeyd edək ki, erməni əsilli olsa da Filipp Kirkorov hər dəfə bu barədə soruşulanda özünün bolqar olduğunu bildirb. Sənətçilərimizlə dostluq münasibətində olan F.Kirkorov dəfələrlə ölkəmiz haqqında xoş sözlər deyib.

O, oxuduğu "Can Azərbaycan" mahnısına görə ermənilərin tənqid atəşinə tuş gəlib. Azərbaycana qarşı loyal münasibətinə görə o, hətta ölümlə təhdid olunub, sosal şəbəkələrdə təhqirlərə məruz qalıb.

İLTİFAT, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO