Emin Ağalarov Rusiyanın şəhərlərində və Bakıda idman zalları AÇACAQ

Emin Ağalarov Rusiyanın şəhərlərində və Bakıda idman zalları AÇACAQ

Hazırda oxunan: Emin Ağalarov Rusiyanın şəhərlərində və Bakıda idman zalları AÇACAQ

97097

"Trafikin azalması və ticarət mərkəzlərində boş yerlərin artması onların sahiblərini layihələri ilə boşluqları doldurmağa məcbur edir".

Bizim.Media "Kommersant" nəşrinə istinadən xəbər verir ki, bu sözləri “Crocus Group”un həmtəsisçisi, Xalq artisti, iş adamı Emin Ağalarovun nümayəndəsi deyib.

Onun sözlərinə görə, "Vegas Crocus City"dən köçən kirayəçinin əvəzinə “Jara Fit” fitness klublarının büdcə şəbəkəsinin ilk məntəqəsini açacaq. 

İlk obyektin açılışı bu il noyabrın ortalarında baş tutacaq. Klub 3,8 min kvadratmetr ərazini tutacaq. Obyektin işə salınmasına 60 milyon rubl (1,8 milyon manatdan çox) xərclənib.  

Nəşrin məlumatına görə, Emin Ağalarov artıq “Crocus Fitness”in inkişafı ilə məşğuldur. “Crocus Fitness”ə illik abunə təxminən 70 min rubla satılır (təxminən 2000 manat). "Heat fit" büdcəli olacaq, illik kartların qiyməti 15-19 min rubl (təxminən 440-550 manat) təşkil edir.
E.Ağalarovun nümayəndəsi qeyd edib ki, “Heat fit”in françayzinq yolu ilə təkrarlanması, Rusiyanın şəhərlərində və Bakıda idman klubların açılması planlaşdırılır. Hər obyektə 50-100 milyon rubl (təxminən 1,4 - 2,8 mln. manat) investisiya lazımdır. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO