Azərbaycanlı aktyor: “Aktrisa xanımımla kirayədə qalırıq, evimiz yoxdur” - VİDEO

Azərbaycanlı aktyor: “Aktrisa xanımımla kirayədə qalırıq, evimiz yoxdur” - VİDEO

Hazırda oxunan: Azərbaycanlı aktyor: “Aktrisa xanımımla kirayədə qalırıq, evimiz yoxdur” - VİDEO

94513

“Bizim maaşımız və yaşayışımız göründüyü kimi yaxşı deyil. Problemlər həddindən artıq çoxdur. Amma kənardan sözsüz ki, gözəldir hər şey”. 

Bizim.Media xəbər verir ki,  bu sözləri Əməkdar artist Çingiz Əhmədovun aktyor oğlu İbrahim Çingiz qonaq olduğu “YouTube”da yayımlanan “Qırmızı” layihəsində deyib. 

Xanım həmkarı Aydan Axundzadə ilə evli olan Səməd Vurğun adına Rus Dram teatrının aktyoru maddi problemlərinin olduğunu və hələ də həyat yoldaşı ilə kirayədə qaldığını açıqlayıb. 

“Aktyordur da tanınır, sevilir, pul qazanır, yaşayır. Amma əslində bu, belə deyil. Hazırda mən evsizəm. Evim yoxdur. Aktyoram, amma evim yoxdur. Maaş və pul məsələsi, aktyorların vəziyyəti Azərbaycanda budur. Bunun günahı isə bu işi görən bacarıqsız insanlardadır”. 

İbrahim valideynlərinin Aydan ilə ailə qurmasına müsbət yanaşdıqlarını bildirib. 

“Bizim evdə belədir. Əvvəldən özümü necə görsətmişəmsə, tərbiyə almışamsa, onu da geri vermişəm. Buna görə valideynlərim hər zaman mənə güvənib və inanıblar. Ona görə mənim seçimimi necə varsa elə də qəbul ediblər. Bir ildən çoxdur ki, evliyik və valideynlərim bizim evliliyimizdən yanılmayıblar”. 

Sənətçi Aydanla ailə qurmazdan əvvəl onunla kəsdiyi şərti açıqlayıb. 

“Bazara gedirik. Qiymətlər qalxıb deyə əziyyət çəkirik. Problemlərimizi həll edirik. Bir yerdə çəkilişə gedirik. Bəzən mən teatra gedirəm, o oturub məni gözləyir. Aydan yemək bişirə bilir. Mən Aydanla ailə quranda əsas məqamlardan biri onun yemək bişirməsi idi. Yemək hər zaman hazırdır və məni gözləyir”.  

Xatırladaq ki, bir il əvvəl ailə quran cütlük tezliklə övlad sahibi olacaq. Bu haqda isə İbrahim sözügedən layihədə deyib.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO