Firəngiz Rəhimbəyovanın dəfn mərasiminin GÖRÜNTÜLƏRİ – VİDEO  

Hazırda oxunan: Firəngiz Rəhimbəyovanın dəfn mərasiminin GÖRÜNTÜLƏRİ – VİDEO  

92472

Avqustun 15-də ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində ürəktutmadan vəfat edən azərbaycanlı müğənni-aktrisa Firəngiz Rəhimbəyova dəfn edilib.  

Bizim.Media xəbər verir ki, Kaliforniyanın “Valley Oaks Memorial Park” məzarlığında dəfn olunan sənətçinin vida mərasimindən görüntüləri ABŞ-a köçən məşhur televiziya aparıcısı Səxavət Nur sosial şəbəkə hesabında paylaşıb.  

F.Rəhimbəyova ilə vida mərasimində qızı Raya, həyat yoldaşı Raymond da iştirak edib. Raymond cənazənin önündə göz yaşı axıdıb.

Qeyd edək ki, Firəngiz Rəhimbəyova avqustun 15-də vəfat edib. O, 1960-cı ildə Ağdam rayonunun Şişpapaqlı kəndində anadan olub. O, ötən əsrin 80-ci illərinin sonunda Azərbaycan müasir estradasının yaradıcılarından birinə çevrilib.

Rafiq Babayev, Eldar Mansurov, Oqtay Kazımov kimi bəstəkarlarla işləyən Firəngiz Rəhimbəyli “Əgər məni unutsan”, “Bu sevgi”, “İnanıram bu sevgiyə”, “Bizim dağlar”, “Ana torpaq”, “Məhəbbətim gələcək”, “Gülə-gülə”, “Bəri bax”, “Oğlan” adlı mahnılar ifa edib.
Bir sıra filmlərdə aktrisa kimi özünü sınayan Rəhimbəyovaya ən böyük uğuru isə “Bəxt üzüyü” filmindəki Sevda rolu gətirir. O, 1993-cü ildən ABŞ-ın Los-Anceles şəhərinə köçüb.

Firəngiz Rəhimbəyova 1999-cu ildə orada amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurub.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO